Məşhur futbolçu İqor Ponomaryova Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunda (DABF) vəzifə verilib.
Fondun idarə heyətinin qərarı ilə dünyada yaşayan azərbaycanlılar arasında peşəkar idmanla məşğul olanların inkişafı, bu sahədə əlaqələrin genişləndirilməsi üçün İdman Komitəsi yaradılıb. Həmin komitənin rəhbəri isə İqor Ponomaryov seçilib.
24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov Neftçi Bakı klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli ”Norrçyopinq” komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, Qarabağ və Xəzər-Lənkəran, eləcə də Rusiyanın ”Maşuk-KMV” komandalarına rəhbərlik edib.
2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) bu ilin may ayında İsveçin paytaxtı Stokholm şəhərində təsis olunub.
Təsis toplantısında Hikmət Cavadov DABF-nun Baş katibi seçilib. (Bakupost.az)