“Ölkəmizin hər bir uğuru xaricdə yaşayan azərbaycanlıları, o cümlədən bizi çox sevindirir. Ərazi bütövlüyümüzün bərpa edilməsi bütün dünya azərbaycanlılarını qürurlandırır. Suverenliyimizin tam bərpasından sonra ölkəmizdə daha bir əlamətdar hadisə baş verdi. Bu, fevralın 7-də keçirilən Prezident seçkiləri idi. İlk dəfə idi ki, Azərbaycanın bütün guşələrində seçki keçirilirdi. İndi isə həmin ərazilərdə ilk dəfə parlament seçkiləri keçirilir və qələbələrimizi legitimləşdirir”.
Diaspora.TV xəbər verir ki, bu fikirləri ”Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Polşa Azərbaycanlıları Şurası və Varşava Azərbaycan Evinin sədri Fərid Cəfərli deyib.
Onun fikrincə Milli Məclisə keçirilən seçkilər də əlamətdar hadisə kimi tarixə düşəcək:
“Budəfəki parlament seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərini əhatə edəcək. Bu tarixi hadisə ölkəmizin, xalqımızın 4 il əvvəl əldə etdiyi möhtəşəm zəfərinin daha bir müsbət nəticəsidir. Müstəqil Azərbaycan artıq zəfər qazanan ölkə olaraq, özünün işğaldan azad olunan torpaqlarında da seçkilər təşkil edə bilir. Qarabağda da seçki dairə və məntəqələrinin fəaliyyətə başlaması həqiqətən də hər birimizi qürurlandırır. Bu o deməkdir ki, artıq işğaldan azad olunan torpaqlarımıza yenidən həyat qayıdıb. Bu ərazilərdə yaşamış yerli əhali indi seçki prosesinə öz evlərindən çıxaraq qoşulurlar. İndiki seçkilərin daha bir önəmi onun demokratik prinsiplərə uyğun formada keçirilməsidir. Azərbaycan bu seçkilərlə dünyaya növbəti dəfə demokratiya nümunəsi göstərir. Dövlətimiz torpaqlarımızı şərəflə qoruduğu kimi, demokratik dəyərlərə də hər zaman sayğı göstərir. Bu da biz diaspor nümayəndələrinə imkan yaradır ki, yaşadığımız yerlərdə, iştirak etdiyimiz tədbirlərdə ölkəmiz haqqında daha çox danışaq, onu ürəklə təbliğ edək. Seçkilərin uğurla başa çatmasını, dövlətimizə, xalqımıza uğur gətirməsini arzulayırıq”.
Nyhetsarkiv
- juni 2026
- maj 2026
- april 2026
- mars 2026
- januari 2026
- november 2025
- oktober 2025
- september 2025
- augusti 2025
- juli 2025
- juni 2025
- maj 2025
- april 2025
- mars 2025
- februari 2025
- januari 2025
- december 2024
- november 2024
- oktober 2024
- september 2024
- augusti 2024
- maj 2018
- februari 2018
- juli 2017
- maj 2017
- januari 2017
- december 2016
- september 2016
- juli 2016
- januari 2016
- september 2015