Azerbajdzjaniers Kongress i Sverige Riksförbund
  • Hem
  • Historia
  • Kontakta oss
  • Handelskammaren
  • Om AKS
  • Om Azerbajdzjan
  • About Sweden
  • #1630 (ingen rubrik)
Välj en sida

DABF-ın II təhsil layihəsi – Bu dəfə 15 tələbənin xaricdə təhsilinə dəstək göstəriləcək

dec 4, 2024 | NORDAZ

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 2-ci Təhsil Layihəsi 28 oktyabrdan start verir. Layihənin məqsədi Azərbaycanın davamlı inkişafına fayda verəcək gənclərin dəstəklənməsindən ibarətdir.


DABF bu il də istedadlı 15 azərbaycanlı tələbəyə xaricdə təhsil alması üçün müraciət prosesini öz üzərinə götürəcək.



Fondun layihə üzrə öhdəlikləri:



• Namizədlərlə təhsil konsultasiyası;



• Namizədə uyğun universitet və ixtisasların seçilməsi;



• Universitetlərə müraciət proseslərinin yerinə yetirilməsi;



• Qəbulların alınması;



• Tələbələr üçün təqaüdlərin təyin olunması;



• Təqaüdlərə müraciət proseslərinin yerinə yetirilməsi;



• Viza müraciətlərinin edilməsi.



Yuxarıda göstərilən bəndlərin icra xərclərini Fond öz üzərinə götürür.



Layihə 3 mərhələdən ibarət olacaq.



1-ci mərhələ: Qeydiyyat prosesi 28 oktyabr – 31 yanvar tarixlərini əhatə edəcək. Fondun təhsil layihəsindən faydalanmaq istəyən tələbələr bu tarixlər aralığında aşağıda göstərilən link vasitəsi ilə qeydiyyatdan keçməlidir.



2-ci mərhələ: Müraciət edənlərin arasından akademik göstəriciləri və xarici dil biliklərinə əsasən 30 tələbə növbəti mərhələyə keçəcək.



3-cü mərhələ: 30 tələbə arasından Fondun Təhsil layihəsini qazanan 10 tələbə seçiləcək.



Müsahibə zamanı tələbələrin akademik göstəricilərindən əlavə onların motivasiyası, sosial aktivlikləri, dünya görüşləri kimi faktorlar da əsas götürüləcək. Seçilmiş 10 nəfər dünyanın ən nüfuzlu universitetlərində təqaüdlü təhsil üçün DABF-ın təhsil layihəsindən istifadə edəcəklər.



Müraciət üçün namizədlərdən tələb olunan göstəricilər:



1. Azərbaycan Respublikasının vətandaşı olması;



2. Bakalavr pilləsi üçün müraciət edənlərin akademik göstəriciləri – SAT (Scholastic Aptitude Test) 1300 baldan yuxarı olması;



3. Magistr pilləsi üçün müraciət edənlərin akademik göstəricisi (GPA) – 85 (səksən beş) baldan yuxarı olması;



4. İngilis dili səviyyəsi (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (DUOLINGO, IELTS, TOEFL) malik olması.



Müraciət Linki : https://forms.gle/Pdr6R8i3krcXUUAaA
#diasporatv #diasporaxəbər #dabf

Nyhetsarkiv

  • november 2025
  • oktober 2025
  • september 2025
  • augusti 2025
  • juli 2025
  • juni 2025
  • maj 2025
  • april 2025
  • mars 2025
  • februari 2025
  • januari 2025
  • december 2024
  • november 2024
  • oktober 2024
  • september 2024
  • augusti 2024
  • maj 2018
  • februari 2018
  • juli 2017
  • maj 2017
  • januari 2017
  • december 2016
  • september 2016
  • juli 2016
  • januari 2016
  • september 2015
Azeri.se - All rights reserved